Tarix boyunca Azərbaycanda çörəkbişirmə vasitələri əsasən ocaq, gil və çuqun saclar, gir tavalar, təndirlər olub. Onların arasında təndirlər daha geniş yayılıb. Bu xalq sənətkarlığı nümunəsini günümüzdə də yaşadanlar təəssüf ki, barmaqla sayılası qədər qalıb. Bu sənətkarlardan biri də Lənkəran rayonu Separadi kəndinin 51 yaşlı sakini Əkbərov Zahiddir.
Zahid Əkbərov sırf məmulatlar üzrə peşəkar ustadır. Onun sözlərinə görə, təndirin düzəldilməsi üçün 0,5 kub metr gil və təqribən 20 kq çay qumu lazımdır.
Rulonun uzunluğu təqribən 60 sm, qalınlığı isə təqribən 10 sm-dir. Təndirin alt hissəsi 1 m 10 sm, ağız hissəsi 50 sm, hündürlüyü 1 m, qalınlığı isə 5 sm-dir. Təndir düzəldikdən sonra 15 gün qurumaq üçün saxlanılır, sonra isə o, sobada 700-800 dərəcə istidə bişirilir.
Qeyd edək ki, bir təndirin qiyməti 80 manatdır. Qiymətlər təndirin ölçüsünə görə dəyişir.