Faktı Cənubi Koreya hərbi qüvvələrinin qərərgah rəisləri komitəsindən təsdiqləyiblər. Seul daha sonra xəbər yayıb ki, raket müəyyən məsafə qət etdikdən sonra Yaponiyanın hərbi hava qüvvələrinə aid olan əraziyə düşüb.
Ekspertlər əmindirlər ki, Pxenyan bu həftənin bazar ertəsi ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərə başlamasına etraz əlaməti olaraq belə addım atıb. Şimali Koreya sualtı qayığa yerləşdirilmiş ballistik raketin sınağını keçirdiyi ilk dəfə deyil. Sonuncu belə hadisə iyulun 9-da qeydə alınıb.
Koreya yarmadasında situasiya yanvarın 9-da KXDR-in nüvə sınaqları həyata keçirməsi və bunun ardınca fevralın 7-də yerin süni peyki ilə raket daşıyıcısı buraxmasından sonra kəskinləşib. Buna cavab olaraq BMT Təhlükəsizlik Şurası yekdilliklə sanksiyaların sərtləşdiriliməsi haqqında qərar qəbul edib.
Pxenyan BMT qətnaməsini saymayaraq bəyan edib ki, raket buraxılması sülh məqsədi ilə edilib, atom sınaqları isə ABŞ-ın mürtəce siyasətinə qarşı müdafiə tədbiridir.
Xatırladaq ki, Koreya yarımadasında gərginləşən hərbi vəziyyət fonunda KXDR-in ehtimal olunan nüvə obyektlərinə zərbə endirmək və hücumdan qorunmaq məqsədi ilə, ABŞ və Cənubi Koreya avqustun 22-də birgə hərbi təlimlərə başlayıb. Təlimlərdə 25 min amerikalı və 50 min cənubi koreyalı həbçi iştirak edir.
Eyni zamanda manevrlərə Böyük Britaniya, Avstraliya, Kanada, Kolumbiya, Yeni Zelandiya qüvvələri də qatılıblar. "Ulji Freedom Guardian" adlanan təlimlər sentyabrın 2-nə kimi davam edəcək.
Şimali Koreya qəti şəkildə bəyan edib ki, ölkənin hava, quru və su sərhədlərinin bir balaca pozulması halı qeydə alınarsa, onlar Cənubi Koreya və ABŞ-a ardıcıl nüvə zərbələri endirəcəklər. Öz növbəsində Seul bəyan edib ki, təlimlər yarımadada sabitliyi təmin etmək üçündür.
Amma Penxal agentliyi məlumat yayıb ki, amerikalı və koreyalı hərbçilər 5015 saylı plan üzrə də təlim keçəcəklər. Hansı ki, bu taktiki gedişdə, fövqəladə vəziyyət yaranarsa, Şimali Koreyaya nüvə zərbələrinin endirilməsi nəzərdə tutulur.
Yarımadada mövcud olan gərgin vəziyyəti qiymətləndirən şərqşünas-ekspert Dmitri Mosyakov deyib ki, amerikalıların Cənubi Koreya ərazisində raket əleyhinə müdafiə sistemi olan THAAD qurğuları yerləşdirməsi regionun sürətlə silahlanmasına və gərginliyin daha da artmasına gətirib çıxara bilər.
Bir çox ekspertlər, BMT sanksiyalarına əhəmiyyət verməyən Şimali Koreyanın qonşu dövlət ərazisində hərbi təlimlərin gedişi zamanı hər hansı təxribata əl atacağını və bunun region üçün müharibə ocağına çevriləcəyini istisna etmirlər. Və bəşəriyyətin Üçüncü Dünya Müharibəsi ilə təhdid olunduğu vurğulanır.