Co Bayden Türkiyədən üzr istədi

© Sputnik / Sergei Guneyev / Mediabanka keçidUS Vice President Joe Biden
US Vice President Joe Biden - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin dövlət başçısı ABŞ vitse-prezidenti ilə görüşdə vurğulayıb ki, Türkiyə üçün prioritet Gülənin tezliklə ekstradisiya edilməsidir.

BAKI, 24 avq — Sputnik. “Türkiyə üçün prioritet Gülənin tezliklə ekstradisiya edilməsidir”.

Sputnik-in Milliyet-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ vitse-prezidenti Co Baydenlə keçirdiyi mətbuat konfransında bildirib.

"Mən  çox məmnunam ki, ABŞ tərəfi ən yüksək səviyyədə xalqımızın həyəcanlandıran mövzu ilə tanış olub. Cənab Bayden terrorçuların törətdiklərinin miqyasını görə bildi, o cümlədən Türkiyə parlamentində.  Mən şəxsən onu bir sıra sənədlərlə tanış etdim və əlimizdə olan digər sənədləri də bölüşəcəm”, deyə Ərdoğan bildirib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə üçün prioritet Gülənin tezliklə ekstradisiya edilməsidir.

Öz növbəsində Cozef Bayden Türkiyə daha öncə gəlib həqiqətləri görmədiyi üçün üzr istəyib.

Xəbər lenti
0