BAKI, 24 avq-Sputnik. İtaliyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.
Sputnik-in məlumatına görə, zəlzələ baş verən ərazilərdə dağıntılar altında qalanların meyitlərinin çıxarılması əməliyyatı davam edir.
Arkvata-del-Torontoda baş verən 4.9 ballıq afterşokdan sonra daha bir neçə bina dağılıb və bir uşaq ölüb.
Qeyd edək ki, bu gün İtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar yerli vaxtla 01.36-da (Bakı vaxtı ilə 05.36-da) qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə yerləşib.