Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Əlləriniz tez-tez soyuyursa, mütləq oxuyun!

CC0 / StockSnap / handDonmuş əllər. Arxiv şəkli
Donmuş əllər. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Reyno sindromu əksər hallarda qadınlarda inkişaf edir. Xəstəliyə əsasən 40 yaşından sonra təsadüf edilir. Bəzən xəstəlik hər hansı digər xəstəliyin simptomu kimi meydana çıxır.

BAKI, 24 avq — Sputnik. Reyno sindromu (və ya Reyno xəstəliyi) zamanı kiçik kapilyarlarda spazm (sıxılma) əmələ gəlir ki, nəticədə bu yerdə qan dövranı kəskin pozulur. Əsasən əllərdə olan kapilyarlar, bəzən isə çənə, dil, burun, qulaqlar, pəncələr kapilyarları zədələnir.

Osteosarkomadan zədələnmiş ayaq sümüyü - Sputnik Azərbaycan
Xərçəng xəstəliyinə dair şok tapıntı

Sputnik saglamolun.az-a istinadən xəbər verir ki, Reyno sindromu tutmaşəkilli xarakter daşıyır. Tutma zamanı zədələnmiş sahə (əsasən barmaqlar) soyuq olur, keyiyir, ağarır, daha sonra tədricən göyərir və ya qızarır, ağrı, ödem əmələ gəlir, həssaslıq azalır. Tutma 1 dəqiqədən bir neçə saata kimi davam edə bilər. Belə xəstələrin əlləri, hətta isti yay günlərində soyuq olur.

Reyno sindromu əksər hallarda qadınlarda inkişaf edir. Xəstəliyə əsasən 40 yaşından sonra təsadüf edilir. Bəzən xəstəlik hər hansı digər xəstəliyin simptomu kimi meydana çıxır. Bu halda buna "Reyno sindromu" deyilir. Xəstəlik müstəqil şəkildə inkişaf etdikdə onu "Reyno xəstəliyi" adlandırırlar.

© Photo : nedugamnet.ruSindrom Reyno
Sindrom Reyno - Sputnik Azərbaycan
Sindrom Reyno

Xəstəliyin inkişafına əksər hallarda güclü soyuqlama təkan verir. Bəzən bunun səbəbi güclü emosional gərginlik və ya peşə faktorları (barmaqların tez-tez zədələnməsi, barmaqların həddən artıq yükləməsi və s.) səbəb ola bilər.

Reyno sindromu şəkərli diabet, qırmızı qurd eşənəyi, artrit, sklerodermiya, bəzi damar və qan və s. xəstəlikləri zamanı meydana çıxa bilər. Bəzi dərman preparatların qəbulu da Reyno sindromunun inkişafına təkan verə bilər. Həm Reyno sindromu, həm də Reyno xəstəliyi özünü eyni simptomlarla büruzə verir.

Xəstəlik mütləq müalicə olunmaldır. Əks halda zədələnmiş sahələrdə qan dövranının xroniki pozulması inkişaf edəcək. Bu isə qanqrena (toxumaların çürüməsi) və zədələnmiş sahənin amputasiyası ilə (kəsilməsi) nəticələnə bilər.

Xəstəliyin müalicəsi uzun illər ərzində davam edə bilər. Müalicə zamanı qan dövranını yaxşılaşdıran, qanı duruldan preparatlar və həmçinin fizioterapiya, massaj, psixoterapiya və s. istifadə olunur.

Xəbər lenti
0