Türk ordusu daha bir yaşayış məntəqəsini geri aldı

© REUTERS / StringerTürkiyə Silahlı Qüvvələrinə məxsus tanklar "Fırat Kalkanı" adı verilən əməliyyat çərçivəsində Suriya ərazisinə girib
Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar Fırat Kalkanı adı verilən əməliyyat çərçivəsində Suriya ərazisinə girib - Sputnik Azərbaycan
Əməliyyat zamanı terrorçuların mövqelərinə havadan zərbələr endirilib

BAKI, 24 avq — Sputnik. Türkiyə ordusu Suriyanın Kəklicə qəsəbəsindən sonra daha bir kəndi — Kıvırcık kəndini İŞİD terrorçularından təmizləyib. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, Türkiyə ordusu və koalisiya qüvvələrinin birlikdə keçirdiyi əməliyyat nəticəsində hər iki bölgə İŞİD-dən geri alınıb.

Qeyd edək ki, hər iki yaşayış yeri Suriyanın Tükiyə ilə sərhədindən 3 km. aralıda yerləşir. Bölgələrin terrorçulardan azad edilməsi əməliyyatında Türkiyə ordusuna Azad Suriya Ordusu və beynəlxalq koalisiya qüvvələri dəstək verib və terrorçuların mövqelərinə havadan zərbələr endirilib.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала