Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı sakini zorlandığını iki ildən sonra xatırlayıb

© Photo : REPORTPolis İdarəsi.Arxiv şəkli
Polis İdarəsi.Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər ilkin araşdırma zamanı gənc oğlanın hərəkətlərində cinayət tərkibi müəyyən edilsə, materiallar cinayət işinin açılması üçün rayon prokurorluğuna gğöndəriləcək

BAKI, 24 avq — Sputnik. Növbəti zorlama işini Bakının Binəqədi rayonunun 40-cı şöbəsi araşdırır. Qurban yalnız iki ildən sonra onu zorlayanı xatırlayıb və onun haqqında polisə məlumat verib.

Ağlayan uşaq. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda qonşu 10 yaşlı qızı zorlamağa cəhd edib

Sputnik Binəqədi Polis İdarəsinə istinadla xəbər verir ki, avqustun 23-də, 1999-cu il təvəllüdlü Bakı sakini Z.H. polisə müraciət edib. Qız bildirib ki, 2014-cü ilin dekabrında onu, 1996-cı il təvəllüdlü Qəbələ rayon sakini T.K. zorlayıb. Onda qızın 15 yaşı olub.

Polisin bəs zorlanma barədə nə üçün belə gec müraciət etdiyi barədə sualına cavabında qız deyib ki, onda gənc oğlanın onunla evlənəcəyinə ümid edirmiş. Polisin bildirdiyinə görə, faktla bağlı hələlik heç kim saxlanılmayıb.

Əgər ilkin araşdırma zamanı gənc oğlanın hərəkətlərində cinayət tərkibi müəyyən edilsə — hansı ki, bunu 2 ildən sonra müəyyən etmək çətindir — materiallar cinayət işinin açılması üçün rayon prokurorluğuna göndəriləcək.

Xəbər lenti
0