BAKI, 24 avq — Sputnik. Dövlət yol polisi ölkə üzrə kütləvi reydlər keçirir. Sputnik DİN Baş Dövlət Yol Polisi İdarəsinin reydin nəticəsinə dair yaydığı məlumata istinadən xəbər verir ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, insanların həyat və sağlamlıqlarının avtomobillərin zərərli təsirlərindən qorunması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi istiqamətində dövlət yol polisi əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Avqust ayının 23-də DIN-in Baş Dövlət Yol Polisi İdarəsinin, Yol-Patrul Xidməti Alayının xüsusi bölüyünün əməkdaşları tərəfindən Göygöl RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları ilə birlikdə Göygöl rayonu ərazisində keçirilən reydlər nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 17 nəfər akşar edilərək inzibati məsuliyyətə cəlb olunub.