BAKI, 24 avq — Sputnik. Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus tanklar "Fırat Kalkanı" adı verilən əməliyyat çərçivəsində Suriya ərazisinə girib. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, TSK-nın səhər saatlarında Suriyanın şimalında başladığı əməliyyat davam edir.
Tank birlikləri Suriya sərhədini keçərək İŞİD mövqelərini bombalamağa başlayıb. Hazırda davam edən əməliyyat sərhəd təhlükəsizliyinin təmin edilməsi və İŞİD ilə mübarizə çərçivəsində koalisiya güclərinə dəstək vermək məqsədi daşıyır.