BAKI, 12 avq — Sputnik. Sergey İvanov Rusiya prezidenti administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.
RİA Novosti agentliyinin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.
Digər sərəncamla İvanov prezidentin təbiətin mühafizəsi fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib.
Qeyd edək ki, Sergey İvanov 2011-ci ildən Kreml administrasiyasının rəhbəri olub.