BAKI, 24 avq — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-nin saytına istinadən xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 23-ü ilə müqayisədə 0,25% artaraq 1,6245 manata yüksəlib.
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,11% zəifləyərək 1,8349 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 0,8% artaraq 0,0252 manat səviyyəsinə yüksəlib.
Türkiyə lirəsinin məzənnəsi 0,4% zəifləyərək 0,5496 manat olub. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1404 manatdır. Beləliklə, funt sterlinq 0,43%-lik bahalaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,06% azalaraq 0,7119 manat təşkil edib.