Gülənin ekstradisiya tələbi çevriliş cəhdi ilə bağlı deyil

© REUTERS / Charles MostollerФетхуллах Гюлен в своем доме. США, Пенсильвания, 29 июля 2016 года
Фетхуллах Гюлен в своем доме. США, Пенсильвания, 29 июля 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Mark Toner: Türkiyənin Fətullah Gülənin ekstradisiyasına dair sorğusunun çevriliş cəhdi ilə əlaqəsi yoxdur.

BAKI, 23 avq-Sputnik. Türkiyənin Fətullah Gülənin ekstradisiyasına dair sorğusu onun çevrilişlə əlaqəli olması ittihamı ilə bağlı deyil.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib.

Jurnalistlərin Türkiyənin təqdim etdiyi sənədlərə şərh verilməsinə dair xahişinə cavabında o bildirib ki, sözügedən sorğunun çevriliş cəhdi ilə əlaqəsi yoxdur.

Hazırda ABŞ-ın Pensilvaniya ştatındakı mənzil-qərargahında fəaliyyətini davam etdirən "Hizmət" hərəkatının lideri Fətullah Gülən 15 iyulda Türkiyədə baş verən dövlət çevrilişinə cəhddə ittiham edilir. Türkiyə onun ölkəyə ekstradisiyası üçün ABŞ hökumətinə rəsmi müraciət göndərib. ABŞ-ın hüquq-mühafizə orqanları isə Türkiyədən ekstradisiyaya əsas verəcək sənədləri tələb edib. Rəsmi Ankaranın göndərdiyi dəlilləri ABŞ hökuməti ekstradisiya üçün yetərli saymayıb.

Xəbər lenti
0