BAKI, 23 avq-Sputnik. Bakının mərkəzində yanğın baş verib.
Sputnik Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda Səhiyyə Nazirliyinə məxsus üçmərtəbəli Dəri-Zöhrəvi dispanserində baş verib.
Nəticədə dispanserin 2-ci mərtəbəsində həkim otağında 1 ədəd elektrik tənzimləyicisi yanıb.
Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib və döşəmə 0.5 m² sahədə qarsalanıb.
Dispanser binası yanğından mühafizə olunub.