PKK-nın hücumu zamanı iki türk əsgəri şəhid olub

© haberci.orgPKK əleyhinə əməliyyat
PKK əleyhinə əməliyyat - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçuların məhv edilməsi üçün ərazidə antiterror əməliyyatı keçirilir.

BAKI, 23 avq – Sputnik. Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda hərbçilərin avtomobillə keçdiyi yolda törədilən partlayış nəticəsində 2 əsgər şəhid olub.

Sputnik Milliyət-ə istinadən xəbər verir ki, hadisə piyadaların zirehli maşınının keçdiyi yolda əldəqayırma qurğunun partladılması nəticəsində baş verib.

Məlumata görə, terrorçuların məhv edilməsi üçün ərazidə antiterror əməliyyatı keçirilir.

Xəbər lenti
0