BAKI, 23 avq — Sputnik. Fransanın sabiq prezidenti Nikola Sarkozi 2017-ci ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini elan edib. Sputnik Əl Cəzirə-yə istinadən xəbər verir ki, bu barədə Sarkozi özü "Twitter" səhifəsində yazıb.
"2017-ci ildə keçiriləcək prezident seçkisində namizədliyimi irəli sürəcəm", — eks-prezident bildirib.
Xatırladaq ki, Fransada prezident seçkiləri 2017-ci ilin yazında keçiriləcək.