ABŞ-da seçki saxtakarlığının qarşısı bu cür alınacaq

Abunə olmaq
Amerikada fəaliyyət göstərən 200-dən çox hüquq müdafiə qrupu ATƏT-dən seçkilərdə 500-dən çox müşahidəçi göndərməsini xahiş edib

BAKI, 23 avq — Sputnik. ATƏT bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinin monitorinqi üçün 500 müşahidəçi göndərməyi düşünür. Sputnik Ria-ya istinadən xəbər verir ki, Amerikada fəaliyyət göstərən 200-dən çox hüquq müdafiə qrupu ATƏT-dən seçkilərdə 500-dən çox müşahidəçi göndərməsini xahiş edib.

"Leadership Conference" adlı Vətəndaş Hüquqları və İnsan Hüquqları Konfransı təşkilata ünvanladığı məktubda seçkilərdə ATƏT-in rolunun xüsusilə mühüm olduğunu qeyd edib. Amerikalı hüquq müdafiəçiləri, saxtakarlığın qarşısını almaq üçün müşahidəçilərin zəruri olduğunu düşünür.

Xatırladaq ki, ABŞ-da prezident və Konqresin hər iki palatasına seçkilər noyabrın 8-də keçiriləcək.

Xəbər lenti
0