Ustanın hazırladığı qablar ən çox şərabçılıqda istifadə olunsa da, çəlləklərdə bal, bəhməz, un və digər qida məhsullarını saxlayanlar da çoxdur. Çünki bu cür qablarda qida məhsulları saxlamaq daha təhlükəsizdir.
Əsasən turşu-şorabaların hazırlanmasında rəngli kauçuk qablardan istifadə edilməsini məqbul saymayan usta, taxta çəlləklərin şorabaların yetişməsində və saxlanmasında əvəzsiz olduğunu deyir. Çəlləklərin hazırlanmasında isə yalnız palıd ağacından istifadə edir. Buna səbəb digər ağaclardan fərqli olaraq, palıdın istənilən məhsulu daha təmiz saxlamasıdır.
Yaşadığı evin bir hissəsinə lazım olan avadanlıqları yığaraq ailəsinin çörəkpulunu məhz bu sənətdən çıxarır.