Anomal istilər 6 min insanı xəstəxanalıq edib

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidİsti hava. Arxiv şəkli
İsti hava. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiyada beş nəfər dünyasını dəyişib. İstilərdən daha çox 65 yaşdan yuxarı sakinlər əziyyət çəkir.

BAKI, 23 avq — Sputnik. Yaponiyada davam edən anomal istilər səbəbindən beş nəfər dünyasını dəyişib. Sputnik Vesti-yə istinadən xəbər verir ki, bu haqda ölkənin fövqəladə hallar nazirliyi məlumat yayıb.

Təkcə ötən həftə ərzində altı minə yaxın insan xəstəxanalara yerləşdirilib. Məlumata görə, istilərdən daha çox 65 yaşdan yuxarı sakinlər əziyyət çəkir.

Xatırladaq ki, Yaponiyada anomal istilər iki aydır dayanmadan davam edir. İsti havalar ötən il 100-dən çox insanın ölümünə, 53 min insanın xəstəxanalara yerləşdirilmələrinə səbəb olub.

Xəbər lenti
0