Ankara Avstriya səfirini geri çağırdı

© Sputnik / Murad OrujovTürkiyə səfirliyi
Türkiyə səfirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Avstriyada PKK-ya dəstək aksiyasının keçirilməsi səfirin geri çağrılmasının səbəblərindən biridir.

BAKI, 22 avq-Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara Avstriyadakı səfirini geri çağırıb.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, səfirin geri çağrılmasında məqsəd onunla məsləhətləşmələr aparmaqdır.

"Son hadisələrlə əlaqədar biz Vyanadakı səfirimizi həm məsləhətləşmələr üçün, həm də Avstriya ilə münasibətlərə yenidən baxılması üçün geri çağırmışıq" — deyə M.Çavuşoğlu bildirib.

Türkiyə xarici işlər idarəsinin rəhbəri bu gün bildirib ki, səfirin geri çağrılmasının bir səbəbi də avqustun 19-da Avstriyada PKK-ya dəstək aksiyasının keçirilməsi olub.

Xəbər lenti
0