Fətullah Gülən Azərbaycan hakimiyyətinə hədə-qorxu gəlib

© Photo : STRHayati Küçük
Hayati Küçük - Sputnik Azərbaycan
Abunə olmaq
"Hizmət" hərəkatının rəhbərinə 25 il xidmət etmiş Həyati Küçük sensasiyalı açıqlama ilə çıxış edib

BAKI, 22 avq — Sputnik. 25 ilə yaxın bir müddətdə Gülən hərəkatına xidmət etmiş Həyati Küçük Türkiyənin "Sabah" qəzetinə sensasiyalı açıqlama verib. O, Fətullahçı Terror Şəbəkəsinin (FETÖ) lideri Fətullah Gülənin Azərbaycan hakimiyyətini və prezident İlham Əliyevi hədələdiyini bildirib.

Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda Fətullah Gülənin tərəfdarları həbs olunub

Gülənin Qafqazdakı önəmli adamlarından biri olan, Gürcüstanda bir çox məktəblərin yaradılmasında iştirak edən və təşkilatın xarici qollarının idarə olunmasını həyata keçirən simalardan sayılan Həyati Küçük FETÖ-nün xaricdəki şəbəkəsi, onun iş prinsipləri ilə bağlı məlumat verib.

Küçük müsahibəsində Fətullah Gülənin Azərbaycanla bağlı fəaliyyətlərinə də toxunub. Azərbaycanda FETÖ şəbəkəsi üzvlərinin olduğunu və onların şifrəli hərəkət etdiyini vurğulayan Küçük deyib: "Gülən həmişə bunu deyərdi: Biz girdiyimiz yerdən heç vaxt çıxmarıq. İlham bəyi (Azərbaycan prezidenti İlham Əliyev —red.) yıxmaq planlaşdırılırdı. Bir gün Pensilvaniyada toplantı gedərkən Azərbaycandan, İlham Əliyevin onların fəaliyyətinə ciddi problem yaratdığı ilə bağlı zəng gəldi. Fətullah Gülən məhz belə dedi: "Elə eləməsin ki, mən onları Xəzərə atdırım". Bu, bir gerçəklikdir".

Küçük onu da deyib ki, əgər İlham Əliyev hakimiyyətdən getsə, Azərbaycan fətullahçıların əlinə keçəcək: "Əgər biz iki dövlət, bir millət olsaq, bunları zibilliyə atarıq".

"Sabah" qəzetinin yazdığına görə, Türkiyə "Fətullahçı xəyanət şəbəkəsi" ilə sadəcə Türkiyədə deyil, dünyanın 170 ölkəsində mübarizə aparır. Hazırda xaricdə bu şəbəkənin 40 min adamı əhatə etdiyi, Türkiyədən qaçanlarla birlikdə onların sayının 80 mindən artıq olduğu söylənilir.

Türkiyə diplomatiya sahəsini fətullahçılardan təmizləyir. Xaricə qaçan fətullahçılar dünyanın ən ucqar nöqtəsinə də getsələr, onların dalınca düşülür.

Xatırladaq ki, Fətullah Gülənin şəbəkəsi 15 iyulda Türkiyədə hərbi çevrilişə cəhddə günahlandırılır.

Xəbər lenti
0