Rusiya KİV Beynəlxalq Paralimpiya komitəsinin (IPC) Rio-dakı oyunlardan kənalaşdırdığı rusiyalı paralimpiyaçılara dəstək olaraq "#вопреки" layihəsinə start verib.
Layihə çərçivəsində idmançılar özləri idmanın onların həyatında tutduğu yerdən və yenidən yaşamaq və zirvələri fəth etmək üçün özlərində necə qüvvə tapdıqlarndan danışırlar.
Daha öncə əlil arabısnda yarışan idmançılar arasında kürə tullamaq və disk atmaq üzrə ikiqat Rusiya çempionu Yelena Qorlova Filip Kreyvenə müraciət edib.
"Cənab Kreyven, məmin bir sualıma cavab verin: mən əlil arabasındayam, siz əlil arabasındasınız, biz bir-birimizi hamıdan yaxşı başa düşürük, nəyə görə siz bizi Paralimpiadada iştirak etmək arzusundan məhrum edirsiniz?", — deyə Qorlova yazıb.
İdmançı aldığı zədədən sonra az qala tamamilə iflic olduğu bir dövrdə yalınız idmanın onu hıyata qaytardığını vurğulayıb. O həmçinin idmanın təmizliyinin tərəfdarı olduğunu və qadağan olunmuş preparatları atan idmançıları dəstəkləmədiyini bildirib.
Demək olar ki, üç aylığından idmanla məşğul olmağa başlayan üzgüçü Dmitri Kokarev də öz hekayəsini danışıb.
"Üzməyi öyrənmək çətin idi, çünki uşaq serebral iflicinin dərəcələri müxtəlif olur və məndə ən ağır səviyyə idi. İki il mən suda dayanmağı öyrənirdim. <…> Fikrimcə, hər bir insanın hıyatında ümidsiz anlar olur, lakin sən yansı hədəfə doğru can atdığını başa düşürsən ", — deyə o bildirib.
Digər rusiyalı idmançı Tatyana Savostyanova idmanla məşğul olmağın ağırlığından danışır: "Bəzən olur ki, məşqçiyə yaxınlaşırsan və ağrıdan ağlaya bilərsən. Və o deyir: "Olimpiadaya qədər döz, dözməlisən!" Yatmıram, məşq edirəm, ağrıyıram, amma dözürəm".
Daha öncə Beynəlxalq Paralimpiya komitəsi Ümumdünya antidopinq agentliyinin Riçard Maklarenin rəhbərliyi ilə komissiyasının tədqiqatının nəticələrinə əsasən bütün Rusiya yığmasını Rio-dakı Paralimpiadada iştirakdan məhrum edib. Lakin sənədin mətnində rusiyalı idmançılara qarşı konkret ittihamlar irəli sürülməyin.
Rusiya İdman arbitraj məhkəməsinə bu qərardan şikayət verib. Məhkəmə 22 avqust gecə yarısınadək bu məsələ ilə bağlı qərar verməlidir.
Sputnik Azərbaycan da "#вопреки" layihəsinə dəstək verir.