BAKI, 22 avq — Sputnik. İsrailin Qəzzada həyata keçirdiyi bombardımana etiraz etmək istəyən bir qrup insan, ötən gecə saatlarında İstanbulda İsrail Baş konsulluğuna girməyə cəhd edib. Sputnik hurriyet-ə istinadla xəbər verir ki, konsulluğun bağçasına girən 5 adam, binaya girməyə çalışarkən, təhlükəsizlik işçiləri tərəfindən nəzarət altına alınıb.
Hadisə, saat 02.30 radələrində baş verib. Nəzarətə alınan həmin şəxslər, aparıldıqları Levent polis mərkəzində, izahatları alındıqdan sonra sərbəst buraxılıblar. Hadisədən sonra əraziyə çevik polis qüvvələri cəlb olunub.