Radikal islamçı Ağ Ev Aparatının rəhbəri ola bilər

© REUTERS / Jonathan ErnstHillari Klinton
Hillari Klinton - Sputnik Azərbaycan
Abunə olmaq
Hillari Klintonun köməkçisi Xuma Abedin 11 sentyabr terror aktına görə ABŞ-ı günahlandıran və qadın hüquqlarına qarşı çıxış edən radikal Səudiyyə nəşrinin redaktorudur

BAKI, 22 avq — Sputnik. ABŞ prezidentliyinə Demokratlar Partiyasından olan namizəd Hillari Klintonun köməkçisi Xuma Abedin radikal müsəlman qəzetində işləyib. Sputnik-in məlumatına görə, bu barədə New York Post qəzeti məlumat yayıb.

Barak Obama - Sputnik Azərbaycan
Obama prezident seçkilərində rəsmi olaraq Klintonu dəstəkləyib

"Hillari Klintonun seçkiqabağı kampaniyada baş köməkçisi, ABŞ-ın ilk qadın prezidentinin Ağ Ev Aparatının rəhbəri olacaq qadın 10 il qadın hüquqları əleyhinə çıxış edən və 11 sentyabr 2001-ci il terror aktına görə ABŞ-ı ittiham edən radikal müsəlman qəzetinin redaktoru işləyib" — deyə qəzet yazıb.

NYP-un məlumatına görə, Abedin Səudiyyə Ərəbistanına məxsus "Journal of Muslim Minority Affairs" nəşrinin redaktoru olub. Bu nəşrin baş redaktoru isə, elə Xuma Abedinin anasıdır.

Onun 1996-cı ildə yazdığı məqalələrindən biri belə adlanır: "Qadın hüququ — İslam hüququdur". Bu məqalə 1995-ci ildə Pekində keçirilən BMT-nin qadınların vəziyyətinə dair konfransında Klintonun "Qadın hüququ insan hüququdur" ifadəsinə həsr olunub. Abedin öz məqaləsində qeyd edib ki, "tənha analar, işləyən analar və uşaqları olan eynicinsli cütlüklər ailə kimi tanınmamalıdır".

2001-ci ildə baş verən terror aktı ilə bağlı ABŞ-ın ittiham edildiyi məqalədə isə ana Abedin yazıb ki, "11 sentyabr hücumuna ABŞ İraq əleyhinə sanksiyalara, müsəlman dünyasına qarşı etdiyi digər ədalətsizliklərə görə məhkum idi".

ABŞ-da prezidenti seçkilər noyabrın 8-də keçiriləcək. Prezident postu uğrunda iki namizəd — respublikaçı Donald Tramp və Demokrat Partiyasının nümayəndəsi Hillari Klinton mübarizə aparacaq.

Xəbər lenti
0