BAKI, 21 avq — Sputnik. Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Milliyet-in verdiyi xəbərə görə, bu barədə Qazıantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.
Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb.
Partlayış terrorçu qadın-kamikadze tərəfindən törədilib.
Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.