Türkiyədə daha bir general həbs edilib

© Photo : sozcu.com.trGeneral-mayor
General-mayor - Sputnik Azərbaycan
Abunə olmaq
Dinçer Ural Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri polkovnik Muharrem Kösenin yerinə təyin olunmuşdu.

BAKI, 20 avq – Sputnik. Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri general-mayor Dinçer Ural həbs edilib.

Sputnik Haberturk-ə istinadən xəbər verir ki, o, Fətullah Gülən şəbəkəsinə üzv olmaqda şübhəli bilinir.

İyulun 15-də FETÖ-nün dövlət çevirlişinə cəhdindən sonra Dinçer Ural Baş Qərargah rəisinin ədliyyə məsələləri üzrə müşaviri polkovnik Muharrem Kösenin yerinə təyin olunmuşdu.

D.Urala general-mayor rütbəsi verildikdən sonra iyulun 28-dən vəzifəsinin icrasına başlayıb.

Muharrem Köse isə iyulun 15-dən sonra FETÖ ilə əlaqədə şübhəli bilinərək tutulub.

Xəbər lenti
0