Türkiyədən gözlənilməz Suriya qərarı

© Photo : internethaber.comTürkiyə baş nazirinin müavini Nurettin Canikli
Türkiyə baş nazirinin müavini Nurettin Canikli - Sputnik Azərbaycan
Abunə olmaq
Nurettin Canikli: Qarşıdakı günlərdə xüsusilə Suriya ilə iqtisadi sahədə fəaliyyətimizi artırmaq imkanımız olacaq.

BAKI, 20 avq – Sputnik. "Yaxın günlərdə Türkiyə ilə Suriya arasında iqtisadi əlaqələr inkişaf etdiriləcək".

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Nurettin Canikli xarici KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, son dövrlərdə Türkiyənin İraq və Suriya ilə ticarət əlaqələrində geriləmə müşahidə edilir.

"Qarşıdakı günlərdə xüsusilə Suriya ilə iqtisadi sahədə fəaliyyətimizi artırmaq imkanımız olacaq. Bu münasibət Suriya xalqı və hakimiyyəti ilə qurulacaq", — deyə baş nazirin müavini vurğulayıb. 

Xəbər lenti
0