Türkiyədəki reklam çarxı İsveçdə qalmaqal yaratdı

© Photo : somaliska.comİsveç Xarici İşlər naziri Marqot Vallström
İsveç Xarici İşlər naziri Marqot Vallström - Sputnik Azərbaycan
Abunə olmaq
İsveç Xarici İşlər naziri Marqot Vallström “twitter”də "Türkiyədə 15 yaşından kiçik uşaqlarla cinsi əlaqəyə girilməsinə icazə verilir" yazmışdı.

BAKI, 20 avq – Sputnik. İstanbul Atatürk Hava Limanının iki reklam saytında yer alan "Səyahət xəbərdarlığı” və “İsveçin dünyada təcavüz nisbəti ən yüksək ölkə olduğunu bilirsinizmi?" yazıları İsveçdə böyük səs-küyə səbəb olub.

Sputnik TRT-yə istinadən xəbər verir ki, İsveçin ən çox satılan “Aftonbladet” qəzeti "Türkiyədən İsveçə uçan sərnişinlərə hava limanı xəbərdarlığı" başlıqlı yazısında "Türkiyə-İsveç arasında yaşanan gərginliyə yeni bir hücum" ifadəsini işlədib.

Mövzuyla əlaqədar qəzetə müsahibə verən Stokholm Universitetindən kriminologiya üzrə mütəxəssis Felip Estrada deyib: "İsveçdə qadın haqları inkişaf etdiyi üçün ən kiçik bir cinsi istismara görə qadınlar polisə xəbər verir. Bu səbəbdən statistikalarda İsveçdə istismar və təcavüz hadisələrinin artdığı qeyd olunur."

Qeyd edək ki, İsveç Xarici İşlər naziri Marqot Vallström “twitter”də "Türkiyədə 15 yaşından kiçik uşaqlarla cinsi əlaqəyə girilməsinə icazə verilir" yazmışdı və Türkiyə buna cavab verib. Stokholm Universiteti Türkiyə Araşdırmaları İnstitutunun (SUITS) rəhbəri Paul Levin də İsveç Xarici İşlər nazirinin çıxışının yanlış yanaşma olduğunu bildirib.

Xəbər lenti
0