Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Həmin gün küçəyə çıxmasanız məsləhətdir

Abunə olmaq
Avqustun 23-dək Bakıda və Abşeron yarımadasında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, yarımadanın bəzi yerlərində 40 dərəc isti olacağı gözlənilir.

BAKI, 20 avq — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) kəskin istilərlə bağlı xəbərdarlıq edib.

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 23-dək Bakıda və Abşeron yarımadasında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da avqustun 23-dək ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturunun 35-40, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42 dərəcəyədək isti olacağı gözlənilir.

Xəbər lenti
0