BAKI, 20 avq — Sputnik. AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin həbs olunduğu haqqında məlumat yayılıb.
Bu barədə Avropa.info xəbər verir.
Faiq Əmirlinin harada saxlanılması ilə bağlı heç bir məlumat yoxdur.
Əmirlinin bu gün səhər saatlarında 20-ci sahədə yerləşən evinin qarşısından aparıldığı bildirilir. Faiq Əmirli saxlanılandan sonra Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin əməkdaşları onun yaşadığı evdə axtarış aparıb.