ABŞ istefa ilə çalxalandı

© REUTERS / Eric ThayerРеспубликанский кандидат в президенты США Дональд Трамп
Республиканский кандидат в президенты США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Trampın kampaniya qrupunda etdiyi dəyişikliyin də Manafortun istefasında rol oynadığı bildirilir.

BAKI, 20 avq – Sputnik. ABŞ prezidentliyinə seçkilərdə Respublikaçı Partiyanın namizədi Donald Tramp-ın kampaniya başçısı Pol Manafort Ukrayna ilə gizli siyasi əlaqələri ortaya çıxdıqdan sonra istefa edib.

Donald Tramp Manafortun istefasını qəbul etdiyini bildirib. 

Qeyd edək ki, Manafortun şirkətinin 2012-2014-cü illər arasında Ukraynanın o zamankı Rusiya tərəfdarı hökuməti adından Vaşinqtonda gizli lobbi fəaliyyətləri icra etdiyi ortaya çıxıb. Ukraynalı bir millət vəkili də bu iddianı təsdiqləyərək əllərində Pol Manafortun illər əvvəl o zamankı hökumətdən rüşvət aldığını sübut edən sənədlər olduğunu açıqlayıb.

Trampın kampaniya qrupunda etdiyi dəyişikliyin də Manafortun istefasında rol oynadığı bildirilir. Bu həftə içində qrupun rəhbərliyində əhəmiyyətli dəyişikliklər edilmişdi.

Xəbər lenti
0