Türkiyədən ABŞ-a sərt ismarıc

© Photo : mansethaber.comBəkir Bozdağ
Bəkir Bozdağ - Sputnik Azərbaycan
Abunə olmaq
Bəkir Bozdağ: "ABŞ ya Türkiyəni seçəcək, ya da qurban verəcək".

BAKI, 20 avq – Sputnik. "ABŞ ya Türkiyəni seçəcək, ya da qurban verəcək".

Sputnik TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ deyib. O, 15 iyul çevrilişində təqsirləndirilən Fətullah Gülənin qaytarılmasıyla bağlı Amerika Birləşmiş Ştatlarına səslənib.

"ABŞ ya Türkiyəni seçəcək, ya da qurban verəcək", — deyən Bozdağ məhkəmə və inzibati məhkəmə hakim namizədlərlə olan söhbətində ABŞ və Türkiyə arasında olan razılaşmaya görə qaytarılması tələb edilən Gülənin qərar verilənə qədər həbs olunmasının vacibliyinə toxunub.

Xəbər lenti
0