BAKI, 19 avq — Sputnik. Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.
Sputnik-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 136 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı 20 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.