BAKI, 19 avq — Sputnik. Türkiyədə hərbi çevrilişə cəhddən sonra aparılan istintaq tədbirləri çərçivəsində baş nazir aparatının 18 əməkdaşı saxlanılıb.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, onlar Ankara Cümhuriyyət prokurorluğunun apardığı istintaqın nəticəsi olaraq həbs ediliblər.
Aralarında baş nazir aparatının mütəxəssislərinin olduğu şübhəlilər polis bölməsindəki prosedurdan sonra məhkəməyə təhvil veriləcəklər.