Sinqapur alimlərindən inqilabi kəşf

© AZƏRTACSinqapur alimlərindən inqilabi kəşf
Sinqapur alimlərindən inqilabi kəşf - Sputnik Azərbaycan
Abunə olmaq
Sinqapurun Nanyan Texnologiya Universitetinin alimləri beton materialını möhkəmləndirmək üçün maraqlı bir üsul tapıblar.

BAKI, 19 avq-Sputnik. Sinqapurun Nanyan Texnologiya Universitetinin alimləri beton materialını möhkəmləndirmək üçün maraqlı bir üsul tapıblar.

Sputnik-in məlumatına görə, bu barədə "hi-news.ru" saytı xəbər verib.

Xatırladaq ki, beton ən çox istifadə edilən tikinti materiallarından biri olsa da, bir xoşa gəlməyən tərəfi var. Vaxt ötdükcə beton quruyur, çatlayır və nəticədə güclü təzyiqin altında sına bilər.

Beton adətən, sement, çınqıl, qum və suyun qarışığından hazırlanır.

Sinqapur alimləri tərəfindən yaradılmış "ConFlexPave" materialı isə polimer mikrolif adlı daha bir komponentə malikdir. İnsan saçından daha nazik olan polimer mikrolif betona təzyiq zamanı yüklənməni bərabər bölüşdürməklə onu möhkəmləndirir.

"ConFlexPave" adlı materialın yaradıcıları əmin edirlər ki, yeni material metal kimi elastikdir və adi beton üçün maksimum yüklənmədən iki dəfə güclü yüklənməyə tab gətirir.

Yeni materialı zavodda hazırlamaq və sonra tikinti meydançasına çatdırmaq olar. Bu halda beton materialı daha sürətli hazırlanır.

Xəbər lenti
0