İran tarixində ilk

© REUTERS / Peter CziborraTaekvandoçu Kimyə Əlizadə Zenurin
Taekvandoçu Kimyə Əlizadə Zenurin - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın idmançı olimpiya medalı qazanaraq ölkəsinin idman tarixinə öz adını yazdırıb

BAKI, 19 avq — Sputnik. Braziliyanin Rio-de Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında İran tarixində ilk dəfə qadın idmançı olimpiya medalı qazanaraq, ölkəsinin idman tarixinə öz adını yazdırıb. Sputnik Ntvsport-a istinadən xəbər verir ki, "Rio-2016" Yay Olimpiya Oyunlarında ilkə imza atan taekvandoçu Kimyə Əlizadə Zenurindir.

İranlı qadın taekvondoçu İsveçrədən olan rəqibinə 5:1 hesabı ilə qalib gələrək, 57 kq çəki dərəcəsində bürüncü mükafata sahib olub. 18 yaşlı idmançı xoşbəxt olduğunu və dəstəyə görə hər kəsə təşəkkürünü bildirib.

Xəbər lenti
0