CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranski son mənzilə belə yola salındı

© Sputnik / Rahim ZakiroğluLənkəranskinin dəfni
Lənkəranskinin dəfni - Sputnik Azərbaycan
Abunə olmaq
Dəfn mərasiminə toplaşan insanların hədsiz çoxluğu cənazənin torpağa tapşırılmasında çətinliklər yaradıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 19 avq — Sputnik. Bu gün Lənkəran sakinləri məşhur kriminal avtoritet Rövşən Canıyevlə (Lənkəranski) vidalaşıblar. Öncə qeyd edək ki, ötən gün ərzində həm xəbər portallarında, həm də sosial şəbəkələrdə kriminal avtoritetin ölüb-ölmədiyinə dair müxtəlif məlumatlar yayıldı. Sonda isə onun hadisədən 20 dəqiqə sonra öldüyü və sürücüsünün ağır vəziyyətdə reanimasiyaya yerləşdirildiyi bildirildi.

Bu xəbər Lənkərana ildırım sürəti ilə yayıldı. Böyükdən-kiçiyə hər kəs sarsıldı. Şəhəri hüzn bürüdü.

Rövşənin cənazəsinin axşam saat 21:45-də İstanbuldan birbaşa Lənkəran Beynəlxalq Hava Limanına gətiriləcəyi xəbəri yayıldı. Artıq saat 20:30-dan camaat Hava Limanının qarşısına yığılmağa başladı. Gələnlərin sayının getdikcə artığı müşahidə olunurdu.

Təyyarə gözlənildiyindən 2 saat gec — 23:45-də Lənkəran Hava Limanına eniş etdi. Cənazəni gətirən "biznes klass" tipli təyyarə, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun şəxsi təyyarəsi idi. Təyyarə eniş edər-etməz cənazəni qarşılamağa toplaşan minlərlə insan "Allahu Əkbər" təkbirləri gətirməyə başladı. Cənazə dəfn avtomobilində mərhumun evlərinə doğru yol alanda da insanlar bir ağızdan "Rövşən" deyə qışqırmağa başladılar.

Gecə saatlarında Rövşən Canıyevin cənazəsi doğulduğu məhəlləyə yaxın "Kiçik bazar" məscidinə gətirildi. Məscid qabağına toplaşan camaat əlləri üstə Rövşənin tabutunu məscidin içərisinə ötürdü. Cənazə həmin məsciddə yuyuldu və gecə ikən cənazə namazı qılındı. Səhər isə artıq "Kiçik bazar" məscidinin qarşısında və Rövşənin yaşadığı məhəllədə böyük insan izdihamı var idi.

Səhər saat 10:00 radələrində Rövşənin cənazəsi məsciddən evinə ailə üzvlərinin vidalaşması üçün gətirildi. Həm gecə və səhər onun cənazəsi qoyulan tabutu minlərlə insan müşayət edirdi və hamısı tabutu daşımaq şərəfinə nail olmaq istəyirdi.

© Sputnik / Rahim ZakirogluKriminal avtoritet Rövşən Lənkəranskinin son mənzilə yola salınması.
Kriminal avtoritet Rövşən Lənkəranskinin son mənzilə yola salınması - Sputnik Azərbaycan
1/11
Kriminal avtoritet Rövşən Lənkəranskinin son mənzilə yola salınması.

2/11

3/11

4/11

5/11

6/11

7/11

8/11

9/11

10/11

11/11

Rövşənlə vidalaşdıqdan sonra izdiham tabutu çiyninə alaraq üz tutdu "Kiçik bazar" qəbristanlığına. Rövşəni son mənzilə yola salanların sayı minlərlə idi və "Kiçik bazar"a aparan yol insan izdihamı ilə dolu idi. Cənazəni aparan kütlənin önündə bir dəstə cavan oğlan yola qərənfil düzürdü.

Qəbristanlığa gələn insanların çoxluğu cənazənin torpağa tapşırılmasında çətinliklər yaradırdı. Dəfn mərasiminə toplaşanların sırasında millət vəkili Fəzail Ağamalı da var idi. Beləliklə, lənkəranlılar öz "böyük qardaş"larını torpağa tapşıraraq onunla vidalaşdılar.

Canıyev Rövşən Rafiq oğlu 1975-ci ilin 27 yanvar tarixində Lənkəran şəhərində anadan olub. Atası milis işçisi olub. Rövşən ilk cəzasını 1996-cə ildə alıb — 2 illik həbs. O, atasının qatilini elə məhkəmə zalındaca güllələyərək intiqamını alıb.

1997-ci ildə şərti cəza ilə azadlığa buraxılıb. 2000-ci ilin iyul ayında yenidən məsuliyyətə cəlb olunub, 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Rövşən Canıyev cinayət məsuliyyətindən azad edilib. "Oğru dünyası"nda "Rövşən Lənkəranski" adı ilə tanınan Canıyev Ukraynada da böyük nüfuza sahib idi.

Avqustun 18-də Rövşən Lənkəranskinin avtomobili İstanbulun Şişli məhəlləsindəki hoteldən çıxarkən atəşə tutululub. Yayılan məlumatlara əsasən, o, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Rövşən Canıyev evli idi, üç uşağı — 2 oğlu, bir qızı var. Allah rəhmət eləsin!

Xəbər lenti
0