BAKI, 19 avq — Sputnik. ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Türkiyədəki çevriliş cəhdi barədə müzakirələrə səbəb olacaq bir iddia ortaya atıb. Sputnik haberler-ə istinadla xəbər verir ki, rəsmi "Twitter" hesabında "13 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəsmisi çevrilişə kömək etdi" sözlərini paylaşdıqdan sonra Trampın daha sonra bu paylaşımı sildiyi aydın olub.
Tramp mesajında "13 üst səviyyəli CIA səlahiyyətlisinin Türkiyədə müvəffəqiyyətsiz olan çevrilişə kömək etdiyinə dair yeni dəlillərim var. Önümüzdəki günlərdə adları ifşa edəcəyəm" yazıb. "Daily Iowan"-ın müxbiri Rebecca Morinin Trampın "tweet"lərini xəbərləşdirdiyi yazı da bir müddət sonra nəşrdən qaldırılıb.
Silinən xəbər "awdnews" internet saytında və "Julie Prévost" adlı bir jurnalistin social media hesabında da yayınlanmaqdadır.