BAKI, 19 avq — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) karyera qurmaq istəyən və iş axtaranlar üçün şans yaradıb. Belə ki, QSC-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, "Bakı Metropoliteni" "Eskalator təsərrüfatı üzrə növbətçi dispetçeri" və "Mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri" vəzifələri üzrə ödənişsiz kurs təşkil edir.
Kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər.
Kursda iştirak tələbləri:
• Yaş: 22 — 30 arası
• Cinsi: kişi
• Hərbi mükəlləfiyyətli
• Təhsil: Texniki Ali
• Dil bilikləri:
o Azərbaycan dili — əla
o Rus dili — yaxşı
o Digər xarici dil bilmək arzuolunandır
• Qeydiyyat: Bakı şəhəri
Qeyd edək ki, kursda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Dispetçer" vəzifəsinin qeyd edilməsi zəruridir. Xatırladaq ki, müraciət üçün son tarix 25.08.2016-cı il.