CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu insanlar yay fəslinin bitməsi üçün dua edirlər

© Sputnik / Fuad Hasanov"Birinci Alatava"da yol kənarındakı hasar
Birinci Alatavada yol kənarındakı hasar - Sputnik Azərbaycan
Abunə olmaq
"Vallah, bu zülmü Allah da götürməz. Biz çox ümid edirdik ki, "Sovetski"dən sonra dövlət bura da əl gəzdirər. Amma gözlədiyimizin tam əksinə, gəlib dörd bir tərəfi də divarladılar"

BAKI, 18 avq — Sputnik. Gördüyünüz bu divar hələ ilk çəkilməyə başlayan zaman, cəmiyyətdə ciddi qınağa səbəb olmuş, mövzu mətbuatda geniş işıqlandırılmışdı. Lakin hər şey zamanla unudulduğu kimi, bu problem də zamanla yaddaşlardan silinib getdi.

Ancaq nə bu evlər, nə də burada yaşayan insanlar yerlərindən tərpəniblər. Onlar, çətin də olsa, həyat mübarizələrini davam etdirirlər.

Haqqında bəhs etdiyimiz ərazi Yasamal rayonunda, keçmiş "Qələbə meydanı" ilə Tbilisi prospektinin arasında yerləşir. "Birinci Alatava" kimi tanınan bu ərazinin sakinləri hər dəqiqə, hər saniyə yay fəslinin bitməsi üçün dua edir, səbrsizliklə bunu gözləyirlər. Çünki dörd bir tərəfi divarlarla hörüldüyü üçün içəriyə hava keçmir.

Həyat yoldaşının astma-bronxit xəstəliyindən əziyyət çəkdiyini deyən Nəsibə adlı yaşlı bir xanım, bu cəhənnəm istisində heç kondisioner də işlədə bilmədiklərini deyir: "Vallah, bu zülmü Allah da götürməz. Biz çox ümid edirdik ki, "Sovetski"dən sonra dövlət bura da əl gəzdirər. Amma gözlədiyimizin tam əksinə, gəlib dörd bir tərəfi də divarladılar. Alan yoxdur ki, evi satıb köçək. İmkanımız da yoxdur, başqa yerə gedib qalmağa. Oturub yayın qurtarmasını gözləyirik".

© Sputnik / Fuad Hasanov"Birinci Alatava" kimi tanınan bu ərazinin dörd bir tərəfi divarlarla hörülüb.
Birinci Alatava kimi tanınan bu ərazinin dörd bir tərəfi divarlarla hörülüb - Sputnik Azərbaycan
1/3
"Birinci Alatava" kimi tanınan bu ərazinin dörd bir tərəfi divarlarla hörülüb.
© Sputnik / Fuad HasanovHər tərər hasarlandığından içəriyə hava keçmir.
Hər tərər hasarlandığından içəriyə hava keçmir - Sputnik Azərbaycan
2/3
Hər tərər hasarlandığından içəriyə hava keçmir.
© Sputnik / Fuad HasanovMəhəllə sakinləri qəsəbədə yerləşən bütün evlərdə yüksək rütubət olduğunu bildiriblər.
Məhəllə sakinləri qəsəbədə yerləşən bütün evlərdə yüksək rütubət olduğunu bildiriblər - Sputnik Azərbaycan
3/3
Məhəllə sakinləri qəsəbədə yerləşən bütün evlərdə yüksək rütubət olduğunu bildiriblər.
1/3
"Birinci Alatava" kimi tanınan bu ərazinin dörd bir tərəfi divarlarla hörülüb.
2/3
Hər tərər hasarlandığından içəriyə hava keçmir.
3/3
Məhəllə sakinləri qəsəbədə yerləşən bütün evlərdə yüksək rütubət olduğunu bildiriblər.

Sputnik əməkdaşının çəkiliş apardığını görən digər sakinlər də öz problemlərindən danışıblar. Kamal adlı sakin, qəsəbədə yerləşən bütün evlərdə yüksək rütubət olduğunu bildirib: "İydən evə girmək olmur. İsti bir yandan, rütubət də bir yandan. Əvvəl divarlar çəkilməyəndə, qəsəbəyə hava girirdi. Rütubət nisbətən az olurdu. Aidiyyəti orqanlardan xahiş edirəm, ya bizə pul versinlər başqa yerə köçək, ya da gəlib bu divarları söksünlər".

Özünü məhəllənin ağsaqqalı kimi təqdim edən Rasim Mirzəyev, digər sakinlərdən fərqli olaraq, yaşadığı yerdən köçmək istəmədiyini deyib: "Mən heç yerə getmək istəmirəm. Əgər bizi də Sovetskidəkilərin halına salacaqlarsa, bu mənə lazım deyil. Qardaşım Sovetskidə yaşayırdı. İndi Məştəğadadır. Bilirsiz niyə? Çünki evini sökəndə verdikləri pulla ancaq Məştəğadan ev ala bildi".

"Ya elə pul versinlər ki, bura söküləndə şəhərdə qala bilək, ya da heç toxunmasınlar. Eybi yox, yay aylarını birtəhər yola verərik", — sakin deyib.

Qeyd edək ki, oxşar mənzərə "Papanin" deyilən əraziyə də aiddir. Orada da eynilə burdaki kimi, qəsəbənin dörd bir tərəfi divarlarla hörülüb. Və söküntü barədə hələlik heç bir söhbət getmir.

Xəbər lenti
0