Türkiyədə növbəti dəhşətli terror aktı

© Photo : AAElağızda terror
Elağızda terror - Sputnik Azərbaycan
Abunə olmaq
Elazığda polis idarəsinə bomba yüklü avtomobillə hücum edilib, 3 polis həyatını itirib, 100 nəfər yaralanıb

BAKI, 18 avq — Sputnik. Türkiyədə günün daha bir güclü terror aktı törədilib. Belə ki, Elazığ şəhərində polis idarəsinin yaxınlığında partlayış baş verib.

Sputnik xəbər verir ki, hadisənin olduğu yerə çoxlu sayda təcili yardım maşını gəlib. Hücum zamanı 3 polis həyatını itirib, aralarında vətəndaşların də olduğu 100-ə yaxın insan yaralanıb.

Elazığdakı xəstəxanalarda qana böyük tələbat yaranıb, yaralılar üçün qan anonsları edilir. Partlayış nəticəsində ətrafa böyük ziyan dəyib. Hadisəni PKK törədib.

Xəbər lenti
0