Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Türkiyə Suriya məsələsində öz siyasətinə korrektələr edəcək"

© REUTERS / Sergei KarpukhinPutin və Ərdoğan
Putin və Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Lev Klepaskiy: "Moskva ilə Ankaranın strateji planda yaxınlaşması Avropa Birliyinin anti-Rusiya sanksiyalarına ciddi təsir göstərəcək"

"Türkiyə Suriya məsələsində öz siyasətinə korrektələr edəcək"
BAKI, 18 avq — Sputnik. Artıq prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bütün sferalarda iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı addımlar atıblar. Sputnik radiosunun efirində çıxış edən ekspert Lev Klepaskiy bildirib ki, münasibətlərin siyasi müstəvidə əvvəlki tempə qayıtmasına artıq nail olunub.
İncirlik aviabazası - Sputnik Azərbaycan
RUSİYA
Türkiyə İncirliyi Rusiyaya verə bilər

Avqustun 9-da Sankt-Peterburqda iki dövlət başçısının iştirakı ilə görüş keçirilib. Rusiya HHQ-nə məxsus Su-24 təyyarəsinin vurulmasından sonra bu iki ölkə rəsmilərinin belə yüksək səviyyədə ilk görüşü idi.

Gözlənildiyi kimi, görüşdən Moskva və Ankaranın gələcəkdə həyata keçirəcəkləri layihələrin taleyi asılı idi, burada söhbət "Türk axını" qaz kəmərindən və "Akkuyu" AES-dən gedir. Türkiyə lideri bəyan etdi ki, hər iki layihə yenilənib və öz məntiqi sonluğuna çatdırılacaq. "Akkuyu" AES-ə gəlincə isə, Ərdoğan deyib ki, buna "strateji investisiya layihəsi" statusu verilib.

Tərəflər görüşün nəticələrini optimizmlə qiymətləndiriblər. Əsas odur ki, tərəflərin niyyəti aralarında mövcud olan iqtisadi münasibətləri böhrandan əvvəlki səviyyəyə çatdırmaqdır.

Putinin sözlərinə görə, mərhələlər üzrə Türkiyəyə qarşı qoyulmuş sanksiyalar aradan qaldırılacaq ki, bu da türk şirkətlərinə əvvəlki biznes layihələrini davam etdirməyə imkan verəcək. Bunun tərkib hissəsi kimi artıq türk tikinti şirkətlərinin fəaliyyətinə qoyulmuş qadağanın aradan qaldırılmasını göstərmək olar. Diqqəti cəlb edən əsas amil odur ki, Rusiya Türkiyə ilə münasibətlərini dövlət səviyyəsində hazırlanmış və 2016-2019-cu illəri əhatə edəcək xüsusi proqram çərçivəsində həyata keçirəcək.

Onu da nəzərə almaq lazımdır biznes münasibətlərinin əsas stimulverici faktı kimi ölkələr arasında çarter reysləri bərpa edilib. Rusiya XİN nəzdində Diplomatik Akademiyanın professoru Lev Klepaskiyin qənaəti belədir ki, görüşdən sonra münasibətlər daha da normallaşacaq və hətta əvvəlki səviyyəni də geridə qoyacaq.

"Bütün bunlar əməkdaşlığı inkişaf etdirmək üçün ciddi zəmin yaradır. Türkiyənin Rusiya bazarlarında əvvəlki statusu tədricən bərpa olunacaq. Burada əsas yük tikinti sektorunun payına düşür ki, elə bu istiqamətdə də işlər daha sürətlə həyata keçirilir", — Lev Klepaskiy Sputnik-in efirində belə deyib.

Ekspert hesab edir ki, artıq siyasi anlaşma baxımından da əlaqələrdə hər hansı problem müşayət edilmir: "Xarici siyasət müstəvisində Türkiyə son zamanlar az qala təcrid vəziyyətinə düşmüşdü: özünün strateji partnyorları olan Amerika və AB ilə münasibətləri pozulmuş, eyni ilə Rusiya və digər dövlətlərlə də münasibətdə gərginlik yaranmışdı. Krım hadisələri fonunda Türkiyəni, hətta Ukrayna münaqişəsinə də çəkmək istəyirdilər. Ona görə də Ərdoğan hazırda öz siyasətini korrektə edir".

"Ehtimal etmək olar ki, Suriya məsələsində də irəliləyiş olacaq. Burada söhbət Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasından və o ölkədə yaşayan kürdlərin muxtariyyət məsələsinə münasibətdən gedir. Burada da Türkiyə öz baxışlarını korrektə edəcək, buna şübhə yoxdur. Əgər belə bir yanaşma olmasaydı, onda Ərdoğanın Moskva səfəri əhəmiyyətsiz olardı", — deyə Lev Klepaskiy ehtimal edib.

Onun qənaətinə görə, Rusiya-Türkiyə yaxınlaşması AB-nin anti-Rusiya sanksiyalarından imtina etməsinə də təsir göstər bilər: "Avropa Birliyi fikirləşməyə məcburdur, çünki "Cənub axını" ona olduqca lazımdır. Bununla yanaşı, onlar aydın görürlər ki, sanksiyalar cəbhəsi artıq məhdudlaşır. İndi Avropa öz siyasəti sayəsində dalana dirənib və aydın görünür ki, bu siyasəti də özü yox, onun əvəzindən Amerika həyata keçirir. Ona görə burada tezliklə irəliləyiş gözləməyə dəyməz".

Xəbər lenti
0