BAKI, 18 avq — Sputnik. Avropa İttifaqı "Şərq tərəfdaşlığı" ölkələri (Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova) xarici işlər nazirlərinin növbəti qeyri-rəsmi görüşünün vaxtı məlum olub. APA-nın məlumatına görə, bu barədə Ukrayna xarici işlər naziri Pavel Klimkin Ukraynanın "5-ci kanal"ına müsahibəsində deyib.
Onun sözlərinə görə, görüş sentyabrın 3-də baş tutacaq. Ukraynalı diplomat həmçinin bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer sentyabrın 1-də ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü keçirməyi planlaşdırır.