Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sovet İttifaqının qızıl səsi: Bakıda Maqomayevin xatirəsini yad etdilər

Abunə olmaq
Azərbaycanın incəsənət xadimləri, ziyalılar, əfsanəvi Müslüm Maqomayevin yaradıcılığının pərəstişkarları müğənni və bəstəkarın xatirəsini yad etmək üçün onun qəbrini ziyarət ediblər. Sputnik həmin kadrları təqdim edir.

Bu gün, avqustun 17-də böyük Azərbaycan müğənnisi Müslüm Maqomayevin andan olmasından 74 il ötür. Maqomayev səkkiz il əvvəl vəfat etsə də, onun milyonlarla pərəstişkarı bəstəkar və müğənninin xatirəsini unutmurlar.

Jurnalistlərə müsahibəsində Tamara Sinyavskaya Müslüm Maqomayevin ad gününün bayram olduğunu qeyd edib.

"Hər il avqustun 17-də Müslümü tanıyan hər kəs — dostları, yaxınları, pərəstişkarları onun qəbrinə gəlib Maqomayevi yada salmağa vaxt tapırlar. Bu, az iş deyil. Mən isə onu sadəcə xatırlamıram, mən onunla nəfəs alıram, yaşayıram", deyə Sinyavskaya bildirib.

Müslüm Maqomayev Bakıda Fəxri xiyabanda babası bəstəkar, Azərbaycan peşəkar musiqisinin banisi Müslüm Maomayevlə yanaşı dəfn olunub. Onun qəbri önünə müğənninin pərəstişkarları və yaxınları bu gün əklil və gül buketləri qoyublar.

Çıxış edənlər — Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya, kinorejissor Eldar Quliyev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov müğənnini xoş sözlərlə yada saldılar.

Xəbər lenti
0