ELM

Dejavyunun sirri tapıldı

© İllüstrasiyaDejavyu
Dejavyu - Sputnik Azərbaycan
Alimlər sübut ediblər ki, dejavyunun reinkarnasiya, Allah, ruhlar və yad planetlilərlə bir əlaqəsi yoxdur.

BAKI, 17 avq-Sputnik. Qərbi Ontario Universitetinin neyrobioloqları bəyan ediblər ki, onlara dejavyunun təbiətini başa düşmək müyəssər olub.

Sputnik-in məlumatına görə, bu barədə informing.ru New Scientist-tə istinadla məlumat yayıb.

Alimlər sözügedən halla rastlaşmış insanların psixoloji vəziyyətini müəyyənləşdirməyin mexanizmlərini işləyib hazırlayıblar. Belə bir nəzəriyyə meydana gəlib ki, dejavyu baş beynin "yalançı xatirələrinin çağırılması" üsulu ilə birbaşa əlaqədardır.

Mütəxəssislər "yalançı xatirələrin çağırılması" metodundan istifadə edərək araşdırmalar aparıblar.

Könüllülərə assosiasiya doğuran sözləri (balınc, gecə, çarpayı) sıra ilə deyiblər, amma onları birləşdirən sözü (yuxu) deməyiblər. Bir müddət keçəndən sonra, assosiasiya doğuran sözlərin sırasını xatırlayarkən, onlar əvvəl deyilməyən sözü səsləndiriblər.

İkinci eksperimentdə də eyni assosiativ söz sırasını səsləndiriblər. Könüllülərdən soruşublar ki, onlar y hərfi ilə başlayan sözü eşidiblərmi? İştirakçıların hamısı yox cavabı veriblər.

Bir müddət keçəndən sonra iştirakçılardan assosiativ sözləri sıra ilə səsləndirməyi rica ediblər. Onlar bu sözləri xatırlayaraq səsləndiriblər, lakin y hərfi ilə başlayan sözü deməyiblər. Lakin könüllülərdən "yuxu" haqqında soruşulanda, onlar dejavyu haqqında danışıblar.

İnsanın baş beynində gedən bu prosesi analiz edərkən, alimlər bildiriblər ki, insanlarda dejavyu baş beynin prefrontal qabığında işləyir. Bu sahə adətən qərarların qəbul edilmə prosesində işə düşür.

Buna görə də, alimlər hesab edirlər ki, dejavyu hissinin olması insanın yaddaşının normal işləməsinin göstəricisidir.

Dejavyu barədə insanlarda qəribə fikirlər var. Bəziləri bunu "insanın reinkarnasiyadan əvvəlki həyatında baş verənləri xatırlaması" kimi qiymətləndirirlər. Kiminə görə dejavyu Allahın əməlidir, kiminə görə ruhların, kiminə görə də, yad planetlilərin. Göründüyü kimi, dejavyu sadəcə insan beyninin məhsuludur.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала