Dünya şöhrətli müğənni Ərdoğana dəstək çıxdı

© Photo : Getty imagesElton Con
Elton Con - Sputnik Azərbaycan
Abunə olmaq
Elton Con: "Yaşananlar başağrısından başqa bir şey deyil"

BAKI, 17 avq — Sputnik. 15 iyul uğursuz çevriliş cəhdindən sonra Türkiyə hökumətinə daha bir dəstək gəlib. Sputnik Trt-yə istinadən xəbər verir ki, dünya şöhrətli ingilis ifaçı Elton Con da hadisəyə laqeyd qalmayıb. O, "Expo-2016 Antalya" Agentliyinə xüsusi məktub göndərərək baş verənlərə görə dərin kədər duyduğunu, yaşananların demokratiya və azadlığa zidd olduğunu bildirib.

"Türkiyədə keçirilən konsertlərimdən bu ölkəni tanıyıram. Mənfi hadisələr gözəlliklərin üzərinə kölgə sala bilməz. Sentyabrın 9-da Türkiyədə "Expo-2016 Antalya" konsertimi böyük zövqlə gerçəkləşdirəcəyəm. Yaşananlar isə başağrısından başqa bir şey deyil", — deyə dünya şöhrətli ifaçı məktubunda qeyd edib.

Xəbər lenti
0