CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda iki bank müflis elan edildi

CC0 / PublicDomainPictures / officeBoş qalmış bank ofisi. Arxiv şəkli
Boş qalmış bank ofisi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə "Qafqaz İnkişaf Bankı"ASC və "Atrabank" ASC müflis elan olunub

BAKI, 17 avq — Sputnik. Azərbaycanda iki bank müflis elan olunub. Trend Azərbaycanın Əmanətlərin Sığortalanması Fonduna istinadən məlumat verir ki, həmin banklar "Qafqaz İnkişaf Bankı"ASC və "Atrabank" ASC-dir.

Məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı Qərardadı ilə "Qafqaz İnkişaf Bankı"ASC və "Atrabank" ASC müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu 16.08.2016-cı il tarixdən qeyd edilən bankların Ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Xəbər lenti
0