BAKI, 16 avq-Sputnik. NASA-nın məlumatına görə, bu ilin iyul ayı meteoroloji müşahidələrin bütün tarixi ərzində, yəni son 136 ildə dünyanın ən isti ayı olub.
Sputnik "radiovesti"-yə istinadla xəbər verir ki, ötən ay orta temperatur rekord göstəricilərin qeydə alındığı 2011-ci və 2015-ci illərin iyul ayları ilə müqayisədə 0,18 dərəcə yüksək olub.
2009-cu ilin iyulu və 2014-cü ilin avqustu da meteoroloji müşahidələrin aparıldığı müddətdə qeydə alınmış beş ən isti ay sırasındadır.
Son illərdə daim rekord göstəricilər qeydə alınır. Alimlərin çoxu planetdə istilənmənin səbəbini parnik qazlarında görür.