CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtdakı daha 6 marşrut xəttində nəğd ödəniş ləğv edildi

© pp.vk.me65 saylı marşrut avtobusu
65 saylı marşrut avtobusu - Sputnik Azərbaycan
Abunə olmaq
Bu marşrutların hərəkət istiqaməti üzrə bütün dayanacaqlarda artıq "BakıKart" və "Milliön" terminalları quraşdırılıb

BAKI, 16 avq — Sputnik. "Xaliq Faiq oğlu" MMC şirkətinin 18, 61, 65, 79, 85, 96 saylı xətt üzrə hərəkət edən avtobusları sentyabrın 1-dən "BakıKart" elektron ödəmə sisteminə keçəcək. Sputnik Report-a istinadən xəbər verir ki, 1 sentyabrdan bu avtobuslarda nağd ödəniş qəbul olunmayacaq. Bu marşrutların hərəkət istiqaməti üzrə bütün dayanacaqlarda artıq "BakıKart" və "Milliön" terminalları quraşdırılıb.

Qeyd edək ki, yaxın gələcəkdə şirkətin istismarında olan bütün xətlər üzrə avtobuslar elektron ödəniş sisteminə keçəcək.

Xəbər lenti
0