BAKI, 16 avq — Sputnik. Daşkəsən rayonunun Bayan kəndində yaşayan qızının evinə qonaq gələn Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü İbrahim Teyyubəliyev, ailə münaqişəsi zəmnində kürəkəni, 1978-ci il təvəllüdlü Mübariz Kərimov tərəfindən bıçaqlanıb. Münaqişə zamanı M.Kərimov həyat yoldaşı, 1979-cuil təvəllüdlü Mərizə Kərimovaya da bıçaqla xəsarət yetirib.
© Sputnik / Ilham MustafaDaşkəsən rayonun Bayan kəndi
Daşkəsən rayonun Bayan kəndi
© Sputnik / Ilham Mustafa
Daha sonra isə M. Kərimov özünü bıçaqlayıb. Hər üç yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə əməliyyata alınan İ. Teyyubəliyevin vəziyyəti ağırdır. M. Kərimova və həyat yoldaşının vəziyyəti isə orta-ağırdır. Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.