"ABŞ İncirlik bazasını boşaltmalıdır"

© AFP 2024İncirlik Hərbi Hava Bazası
İncirlik Hərbi Hava Bazası - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədəki hərbi çevriliş cəhdi ilə bağlı qorxunc iddia: "Suriya sərhədinə 120 kilometr məsafədə yerləşən İncirlik bazasında olan silahların yerini dəyişdirməmək qumar oynamaq kimidir"

BAKI, 16 avq — Sputnik. Mərkəzi ofisi Vaşinqtonda yerləşən "Stimson Center" adlı "beyin mərkəzi", 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyədə qeyri-müəyyənlik mühitinin meydana gəldiyini, bu səbəbdən İncirlik hərbi hava bazasında olan nüvə silahlarının terrorçuların əlinə keçə biləcəyini iddia edib.

İncirlik Hərbi Hava Bazası - Sputnik Azərbaycan
İncirlik hərbi bazasının komandanlığı həbs edildi

Sputnik Türkiyənin "Doğan" xəbər agentliyinə istinadla xəbər verir ki, "Stimson Center"in analitiklərinin bununla əlaqədar hazırladıqları hesabat dünən Vaşinqtonda keçirilən mətbuat konfransında açıqlanıb. Hesabatın müəlliflərindən olan Laicie Heeley ABŞ-ın İncirlik bazasındakı 50-yə qədər nüvə silahına və bombaya nəzarətin itirilməsi riskiylə qarşı-qarşıya olduğunu önə çəkib.

Hesabatda deyilir: "Türkiyə başda olmaq üzrə, Avropadakı 5 nöqtədə olan ABŞ-ın nüvə silahları, terrorçuların marağını çəkir. Xüsusilə, Türkiyədə 15 iyul prosesi ilə meydana gələn ortamın davam etməsi ehtimalı, bu silahların taleyini naməlum edir. ABŞ-ın, Suriya sərhədinə 120 kilometr məsafədə yerləşən İncirlik bazasında olan bu silahların yerini dəyişdirməməsi qumar oynamaq kimidir".

Hesabatda İncirlik bazasında 15 iyul gecəsi yaşanan qarışıqlıq, elektrikin kəsilməsi və bazanın sabiq komandiri general Bəkir Ercan Vanın həbs olunmasından da bəhs edilir.

Xəbər lenti
0